Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon Mədəniyyət Evinin təşkilatçılığı ilə “Xocalının naləsi-qisası” adlı tədbir keçirildi

0

  •        25.02.2022-ci il tarixində Xocalı rayon mədəniyyət
    evində rayon mədəniyyət evinin təşkilatçılığı ilə “Xocalının naləsi-qisası”
    adlı tədbir keçirildi. Tədbirdə rayon mədəniyyət evinin, Xocalı rayon Gənclər
    və İdman İdarəsinin, rayon MKS-in, Xocalı şəhər 5 saylı klubun işçiləri,  Xocalı şəhər 4 saylı tam orta məktəbin,
    Xocalı rayon Cəmilli kənd orta məktəbin kollektivi iştirak etdilər.

                İlk
    öncə Xocalı soyqrımı abidəsi önünə gül dəstələri qoyuldu.

    Şəhidlərin əziz ruhları bir dəqiqəlik
    sükutla yad edildi, onlara Allahdan rəhmət, ailələrinə səbr dilənildi.

                Tədbirdə
    Xocalı soyqırımına həsr olunmuş “Ümid işığı” adlı sənədli film nümayiş
    etdirildi.

                Xocalı
    şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Xocalının naləsi-qisası”
    adlı səhnəcik göstərildi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib45 dəfə
    Xocalı rayon Mədəniyyət Evinin təşkilatçılığı ilə “Xocalının naləsi qisası” adlı tədbir keçirildi

    Maraqlı gələ bilər
    48
    0